AvtoReyd.Az bildirir ki,Rusiya yığması və “Lokomotivin” hücumçusu Fyodor Smolov bir il müddətinə sürücülük hüququndan məhrum edilib. Bundan başqa, Smolov yol infrastrukturuna dəymiş ziyanı ödəmək məcburiyətindədir.
Krasnodar məhkəməsi Rusiya yığmasının futbolçusu Fyodor Smolovun törətdiyi yol-nəqliyyat hadisəsi bağlı işə baxıb.Avqustun 1-də baş verən hadisədə sükan arxasında olan Smolov idarəetməni itirərək sütuna, ondan sonra isə yolun kənarında olan maneəyə çırpılıb.
Futbolçu günahı etiraf edərək 58 min rubl məbləğində cərimə ödəyib.Məhkəmə şəraiti nəzərə alaraq futbolçunu iki il əvəzinə bir illi sürücülük hüququndan məhrum edib.Xatırladaq ki,”Krasnodar”dan “Lokomotiv”ə keçən Fedor məhkəmə prosesində iştirak etməyib.
