İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

AvtoReyd.Az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəkər zavodu yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə motosikiletin toqquşması nəticəsində, motosikldə olan İmişli sakinləri, 1975-ci il təvəllüdlü Səfərov Elşən Tahir oğlu və 1986-cı il təvəllüdlü Zərbəliyev Fərman Alisiyavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.