Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanlb.

Siyəzən rayonu ərazisində 53 BB 675 dövlət qeydiyyat nişanlı “VAZ-2107” və 99 AR 259 qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

AvtoReyd.Az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AvtoReyd.Az 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.