Bakı-Qazax magistralında sərnişin avtobusu yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində iri qabaritli sərnişin avtobusu mişar daşı yüklənmiş “KamAz” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstəxanalarına yerləşdirlib. Yaralı sərnişinlərin adları dəqiqləşdirlir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.