Göygöl rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. İlkin məlumatlara görə, “VAZ-2107” markalı avtomobilə “VAZ-2109” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər – sürücü və qadın sərnişinlə onun övladı xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.