Sabirabad polisi motosiklet oğruluğu edən rayon sakinlərini saxlayıb.

Xezerxeber.az-ın məlumatına görə, ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov motosikletinin oğurlandığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib.

Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranli kənd sakinləri – Ramin Talıblı və Əli Əliyev ilə Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı hər üç şəxs törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.