Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.
“Report”un Şirvan bürosu xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.Nəticədə minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.
Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub.
“Mercedes”in sürücüsü və eyni zamaanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.
Faktla bağlı araşdırma aparılır.




