Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, şəhərin Nəriman Nərimanov prospektinə gedən yolda, “köhnə avtovağzal” deyilən ərazidə “Mazda”, “Mercedes” və iki “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza zamanı zərbənin gücündən “Mazda” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Zərərçəkmişlər şəhərdə yerləşən özəl və dövlət xəstəxanalarına aparılıblar.

Qəzanın səbəbləri araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.