Tərtər rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”un Qarabağ bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Xoruzdu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Belarus” markalı traktor toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Elçin Mehdiyev və sərnişinləri – Ramal Mehdiyev, Qərənfil Mehdiyeva və İradə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.