Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.
“Belarus” markalı traktorla “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları – Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




