Bakıda yol qəzası baş verib.

“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da saat 19 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Sahib Hüseynov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Novruz Əlxanovun idarə etdiyi “Ford” markalı avtomobilə vurub və nəticədə S.Hüseynov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.