Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan “10-TH-113” dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən “90-DN-376” dövlət qeydiyyat nişanlı “Mercedes”lə toqquşub.Nəticədə “Mercedes”in 1994-cü il təvəllüdlü sürücüsüSarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.
Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


