Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin “TIR” yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Cavid Elman oğlu Qasımov və onun qızı, 5 yaşlı Lalə Cavid qızı Qasımova ağır xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyətinin kritik olduğu bildirilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.