Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”un Mil-Muğan bürosununa istinadən məlumat verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shacman” markalı avtomobil çırpılıb. Nəticədə “Shacman”da sıxılıb qalmış sürücü – 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.