Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, çörək zavoduna məxsus “VAZ-2104” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan “VAZ-2107” markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.