Yük və minik maşınları toqquşması nəticəsində ölən var

Bakıda yol qəzası baş verib. 

“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, oktyabrın 22-də saat 18 radələrində Qobu qəsəbəsinin sakini Dərya Alxasovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi “Tatra” markalı yük avtomobili toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.

Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Abşeronda yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutulub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.