Bərdə rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Əsli Seyfəddin qızı Məmmədovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=aso1rYf6khk

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.