Astara rayonunda yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

“Report”un Cənub bürosunun məlumatına görə, Təngərüd kəndiərazisində “VAZ-2107” markalı minik avtomobili “QAZ-24” markalı avtomobillə toqquşub.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü Qasımov Namik Sərdar oğlu ağır bədən xəsarətləri alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Qasımova ilkin tibbi yardım göstərilərək yaraları tikilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.