Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi “Kamaz” markalı “66-BE-643” dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.

Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.

Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.