Çəkdiklərimiz

«Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» — buna deyirlər! (Video+Foto)

Hər gün məktəblərin qarşısında sıxlıq və tıxacla rastaşırıq.

Görəsən bunun səbəbi nədir? Hər bir valideyin övladını çox istəyir,hətta bəzilər o qədər çox istəyir ki,az qala avtomobili ilə məktəbin pilləkanlarından qaldırsın.Belə bir sürücülərdən biri ilə oxucumuzun  arasında mübahisə baş verib.Hadisə Azadlıq prospektində yerləşən 160 saylı məktəbin qarşısında baş verib.Belə ki,avtomobilini üçüncü cərgədə saxlayaraq digər sürücülərin hərəkətinə maneə yaradan sürücü özünə bərait qazandırmağa çalışıb.

Oxucumuzun bizə ünvanladığı məktubun mətnini sizə təqdim edirik:

Deməli bu gün belə bir hadisə baş verib,yolnan gedirəm 28 maydan üzü bulvara tərəf düşürəm yolda 3 cu sırada avtomobil gördüm ilk öncə düşündüm ki, qəza olub ya xarab olub amma öz özümə düşündüm ki, qəza olubsa 2 ci avtomobil hanı? Xarab olubsa niyə yol kənarına çəkmir? Avtomobili çəkdim və sahibini gözlədim adam ilk öncə mən gələndə 2 sıra dolu idi deyə bəraət qazandırmaq istədi. Hərəkətinə qırağdan daha bir kobud qayda pozan qadından dəstək görüb üstə çıxmağa çalışdı gördüm ki danışmağın mənası yoxdur,polisi yığdım adam axırıncı variant işlədib «Gəl oturaq maşına gedək şəhərdən kənarda söhbət edək» dedi. Bu mənim əsəbləsdiyimi görüb söhbəti dəyişdi,ki ay uşağ gözləyir vaxt yoxdur sonra nə bilim ayaqqabı sıxır piyada gəzə bilmirəm görürsüz orda maşını çəkir yenə əyri saxlayır dedim ged heç olmasa indi düzgün saxla.Getdim yoluma videonu paylasmayacağdım amma həmin yolnan qayıdanda gördüm qoyub üstə gedir nəsə de qışqırdı başa düşdüm ki bu adama xeyri yoxdur ona görədə paylaşıram.

Hər bir uşaq böyüyəndə adətən valideyini kimi və ya valideyinindən tərbiyə almağa çalışır.Bəs görəsən avtomobilini 3 cu sırada saxlayıb yolu daraldıb sıxlıq və tıxaca səbəb olan və ya bu sürücüyə dəstək olan o xanımdan övladları nə kimi nümunə götürə bilər?!

Bəli,onunla da razıyam ki,paytaxtın bir çox yerlərində parkinglə bağlı problemlər mövcuddur!Bu məsələ qayıdacayıq.Amma səhər biraz tez oyanıb avtomobilinizi məsafədə saxlayın ki, ayaqlarınız hərəkətə gəlsin.Yolu daraldıb avtomobili yolun hərəkət hissəsində saxlayıb tıxacı yaradmaq həm qayda pozuntusudur,həm də diqər sürücülər də qıcıq oyadır.Sonda onu da xatırladım ki,Yol hərəkəti qaydalarına riayət etmək hər bir yol hərəkət iştirakçısının borcudur!

AvtoReyd.Az həmin görüntünü sizə təqdir edir:

 

 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again