Növbəti kobud qayda pozan sürücü AvtoReydin kamerasına tuş gəlib.
Hadisə ötən gün axşam saatlarında Badamdar yolunda qeydə alınıb.
Ötmə əməliyyatı həyata keçirən VAZ 2107 markalı avtomobilin sürücüsü 1.3 nişanlama xəttinin tələblərini pozaraq tam hərəkət istiqamətinə qarşı hərəkət edib (Çox təəssüf ki, dövlət nömrə nişanı qeydə alına bilməyib) zolağa qayıdıqdan sonra isə qarşıdaki avtomobili sağdan ötərək hərəkətə davam edib. Xatırladaq ki, bu kimi qayda pozuntusu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə uyğun olaraq (1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) 4 cərimə balı və yüz manat məbləğində cərimə edilir.
Adıçəkilən görüntünü sizə təqdim edirik:
