Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Nobel prospektində, “Azərneftyağ” neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda araşdırma aparılır.

“Həmin yolda çökmə bir neçə gün öncə baş verib. Yolun çökməsinə səbəb suyun yerə sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır. Hələlik isə təhlükəsizlik məqsədilə yolun dağılan hissəsi düzəldilib”, – deyə A.Nəcəfli bildirib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.