Hadisə

Ziya Bünyadov prospektində avtomobil dirəyə çırpıldı (Video)

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az Oxu.Az-a istinadən xəbər verir ki, qəza gecə saat 00:30 radələrində paytaxtın Ziya Bünyadov prospektində olub.

1994-cü il təvəllüdlü Aydın Babazadənin idarə etdiyi “Hyundai Accent” markalı 99 RJ 231 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb və çevrilib. Avtomobildə sürücünün yaxın dostu da olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.

Qəzadan sonra ərazidə tıxac yaranıb, qısa müddətdə nəqliyyatın hərəkəti bərpa olunub.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again