Ucar rayonunda yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab magistralında baş verib.

Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan “VAZ-21170” markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir,bu Zərdab şəhər sakini, 1974-cü il təvəllüdlü Ceyhun Calal öğlu Ömərov və xəsarət alan sərnişin isə Ucar rayonunun Qəzyan kənd sakini, 1998-ci il təvəllüdlü Kamran Yaşar oğlu Hüseynovdur.

Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=hqJO9LK__hE

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.