Gəncə şəhərində marşrut xəttində işləyən avtobusda yanğın olub.

AvtoReyd.Az “Report”a istinadən verdiyi məlumatına görə, 3 saylı xətt üzrə hərəkət edən “Qazel” markalı mikroavtobusun mühərrik hissəsi anidən alışıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.