Çərşənbə axşamı  Mart ayının 26-da səhər saatlarında Qazaxstanın paytaxtı Nursultan şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəzanın baş vermə anı müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Müşahidə kamerası tərəfindən çəkilən videoda açıq aydın avtobusun tam sürətlə hərəkət edərək qarşıdakı avtobusa çırpıldığı görünür. Nəticədə, üç avtobus, təcili yardım maşını və bir neçə avtomobil toqquşur.

AvtoReyd.Az yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Həlak olanlar avtobus sürücüsü və sərnişin qadındır, diqər 25 yaralı tibb müəssisələrinə aparılıb, zərərçəkmişlərin təxminən yarısının vəziyyəti ağır hesab edilir.

http://https://www.youtube.com/watch?v=sKqUzojgZVk

Faktla bağlı araşdırmalar aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.