“Bakubus” avtobusu qəzaya törədib.

AvtoReyd.Az bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Verilən məlumata görə, Bakubus avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.