Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az ONA- ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində olub.

“Toyota” markalı avtomobil yolun piyada üçün təyin olunmamış hissəsindən keçən 55 yaşlı Babayev Maisi vurub. Nəticədə kişi yerindəcə keçinib.
İlkin məlumata əsasən, dünyasını dəyişən şəxs yaxınlığda yerləşən şadlıq evindən çıxıb, yolu keçmək istəyib.

Hadisə yerinə Abşeron rayonu polis idarəsinin əməkdaşları cəlb olunub.

https://www.youtube.com/watch?v=qVWxDzi1QTk

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.