Paytaxtın Yasamal rayonunda yanğın qeydə alınıb.

AvtoReyd.Az ONA-ya istinadən xəbər verir ki, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində “Hyundai Sonata” markalı avtomobil dayandığı yerdə alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülüb, xəsarət alan yoxdur.

Hadisə zamanı yolda sıxlıq da müşahidə edilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.