Ötən gecə Rusiyanın Yekaterinburq şəhərinin yaxınlığında faciə baş verib.
AvtoReyd.Az bildirir ki, bu barədə “Mash” telegram-kanalında məlumat yayılıb. Yol qəzası nəticəsində üç nəfər ölüb, daha beş nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, 4,5 ton benzin yüklənmiş “Ural” avtomobilinin sürücüsü marafon yürüşü zamanı yorulmuş idmançılara onları mənzil başınacan aparmağı təklif edib. Qaçış həvəskarları benzin çəninin üstündə yerləşiblər. Karpinsk – Kıştım yolunda maşın aşıb və partlayış baş verib.
Bildirildiyinə görə, faciə qurbanları “Konjak-2019” marafon yürüşünün iştirakçılarıdır.
