Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb
AvtoReyd.Az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Hüseyn Cavid prospektində “Daewoo” markalı avtomobili qəfil yolun ortasında qazılmış quyuya düşüb. Sürücü xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Yolda heç bir nişan qoyulmayıb, bu barədə AvtoReyd.Az hadisə şahidləri məlumat verib.
Hadisə yerinə DYP-ı əməkdaşları cəlb edilib.
Xatırladaq ki, bu kimi qəzalar artıq necənci dəfədir ki, paytaxt ərazisində təkrar olunur.
