Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobillə “VAZ-2106” markalı maşın toqquşub. Avtomobillərdə olan 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.