Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Rəhimov Rəcəb Musa oğlu idarə etdiyi “Mercedes Vita” markalı, “99-MH-889” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Pünhan Məmmədovun idarə etdiyi “Tofaş” markalı, “90-HX-930-dövlət nömrə nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir – red) vurub. Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hazırda DYP əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.