Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.