Hadisə

Prospektdə baş vermiş hadisəsi tıxaca səbəb olub

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az ApaTv-ə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən MERCEDES markalı avtomobil sürücüsü idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsi – KİA markalı avtomobilə çırpılıb. Zərbənin gücündən KİA yolayrıcı beton piltəyə dəyərək, aşıb. Eyni zamanda hadisəyə səbəb olan MERCEDES markalı avtomobil də səkiyə çırpılıb.

Avtoqəza nəticəsində KİA-nın sürücüsü xəsarət alıb. Prospektdə baş vermiş yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. Hadisə yerinə cəlb edilmiş yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Qəzanın səbəbi araşdırılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.