Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az Trend-ə istinadən məlumat  verir ki, hadisə yolun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.