Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AvtoReyd.Az “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

“VAZ-2107”, “Mercedes” və “VAZ-21011” markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada, hər üç avtomobilin sürücüləri, Əliyev Elvin İmaməddin oğlu, Cəfərov İkram Nadir oğlu və Hacıyev Məsim Əbülfət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.