Kürdəmir rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun stansiya Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobusla “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2106″dakı sərnişinlər – Kürdəmir rayonunun Sığırlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Eminova Qızman Elman qızı və 1981-ci il təvəllüdlü Eminova Arzu Tapdıq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.