Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb.

Qəza nəticəsində “VAZ-21099”un sürücüsü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı yanaraq ölüblər.

Qəza nəticəsində “VAZ-2107” markalı, 10 CF 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Məmmədov Orxan İlham oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.