Bakının Yasamal rayonunda “QazEL” markalı yük maşını ilə “Honda” markalı avtomobili toqquşub.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, qəza Şərifzadə küçəsində, “İnşaatçılar” metro stansiyasının yaxınlığında baş verib.

Hadisə nəticəsində “Honda”da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.