Hadisə

Yolu keçən qadını maşın belə vurdu – Suiqəsd, yoxsa …

Bakıda piyadavurma hadisəsi kameraya düşüb.

AvtoReyd.Az «avtosfer.az»a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. «Hyndai» markalı avtomobilin sürücüsü yola çıxmaq istəyir.

Bu zaman sağdan maşın gəlib-gəlməməsinə baxır. Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir.

Qəfildən hərəkətə gələn sürücü avtomobili düz qadının üstünə sürərək onu vurur.

Hadisə nəticəsində qadın xəsarət alır.

Sürücü isə avtomobili saxlamaq əvəzinə bir az da irəliyə gedir.

Hadisəyə baxanda ilk baxışdan qəsd kimi görünür. Amma diqqətlə araşdırdıqda sürücü diqqətsizliyi önə çıxır.

Belə ki, fikri sağda qalan sürücü piyadanı görmür və onu vurur.

Videonu təqdim edirik:

 

View this post on Instagram

 

Yolu keçən qadını maşın belə vurdu – Suiqəsd, yoxsa …#az #azstagram #avtoreyd #azstagrambaku #yol #piyada

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again