Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” markalı, 20-DA-208 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.