Avtoxəbər

Koronavirus avtomobil sənayesinə nə qədər ziyan vurub?

Bu ayın sonuna qədər dünyada epidemioloji vəziyyət düzəlməsə və avtomobil istehsalı müəssisələri işə salınmasa, avtomobil sənayesinin zərəri azı 100 milyard ABŞ dolları olacaq.

AvtoReyd.Az «Financial Times» nəşrinə istinadən xəbər verir ki, bu barədə “Auto Analysis” araşdırma mərkəzi məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası nəticəsində hazırda həm Avropada, həm də Şimali Amerikada avtomobil zavodlarının az qala hamısı bağlıdır. Bu isə istehsalçılara hər həftə 15,5 milyard avro ziyan vurur (Avropada 8 milyard avro, Şimali Amerikada 7,5 milyard ABŞ dolları). Mayın 1-nə qədər istehsal bərpa olunmasa, avropalı istehsalçıların zərəri 66 milyard avroya, amerikalı istehsalçıların zərəri isə 52 milyard ABŞ dollarına çata bilər.

Bu rəqəmlər hər 2 regionda karantin müddətində satıla biləcək avtomobillərin sayına görə ortaya çıxıb. Bütövlükdə koronavirus epidemiyasına görə satılmayan avtomobillərin sayının bu ayın sonuna qədər 6 milyona çatacağı güman edilir.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again