Avtoxəbər

Türkiyədə uçan avtomobil test edildi

Türkiyədə «Baykan Turkey” şirkəti tərəfindən istehsal edilmiş ilk uçan avtomobil «Cezeri”nin birinci uçuş sınağı uğurla yekunlaşıb.

Bu barədə «Anadolu» Agentliyi məlumat yayıb.

Bildirilib ki, uçan avtomobilin sınağı şirkətin texniki direktoru Selçuk Bayrakdarın rəhbərliyi ilə keçirilib. «Cezeri” tamamilə sərbəst uçur və uçuşun intellektual sisteminə malikdir. Yeni avtomobil bir gecə ərzində iki müxtəlif uçuşu müvəffəqiyyətlə yerinə yetirib.

Dünən «Baykar» Milli Tədqiqat və İstehsalat Mərkəzində həyata keçirilən ikinci sınaq uçuşunda «Cezeri» təhlükəsizlik zəncirləri olmadan 10 metrədək yuxarı qalxıb. Bu, avtomobiln hazırlanmağa başladığı il yarımlıq müddətdə ilk uçuşu olub.

Türkiyə mühəndisləri tərəfindən hazırlanan avtomobilin çəkisi 230 kiloqramdır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again