Hadisə

Kürdəmirdəki yol qəzası 5 nəfərin həyatına son qoydu

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az «Report»a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi «Mercedes» markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi «Nissan» markalı avtomobillə toqquşub. Nəticədə «Mercedes» markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

«Nissan» markalı avtomobilin azyaşlı sərnişini — 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib, sərnişinlərin diqərləri ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again