Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası istiqamətində Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, “Hyundai” markalı, 99-UM-411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Onların hər ikisi Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

https://www.instagram.com/p/CAr2qiVAip0/

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.