Avtoxəbər

Yanacağın qiymətində artımın bazara təsirinin qarşısını almaq üçün tədbirlər görüləcək

Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağının qiyməti artırılıb. Bununla bağlı ötən gün tarif şurası qərar verib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Neft Şirkəti tərəfindən təbii qazın, Aİ-92 markalı benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı Tarif Şurasına göndərilən təklifdən sonra iclas keçirilib və bu növ benzinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının pərakəndə satış qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Təbii qazın qiymətinin artırılması təklifi isə qəbul edilməyib.

Tarif Şurasının katibi Ceyhun Nəcəfovun sözlərinə görə, Dövlət Neft Şirkəti artım təklifini ölkəmizdə yenidən qurulan neft emalı sənayesindəki işlərin davam etdirilməsi ilə əsaslandırıb. Çünki ölkəmizdə Avro-5 standartına uyğun yanacağın istehsalı üçün böyük məbləğdə vəsait lazımdır.

Tarif Şurasının rəsmisi həmçinin hesab edir ki, ölkəmizdə benzinlə işləyən maşınlar əsasən şəxsi minik avtomobilləri olduğundan bunun istehlak bazarına ciddi təsiri gözlənilmir. Amma dizelin qiymətində baş verən artımın bazara təsirinin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək.

Ceyhun Nəcəfovun sözlərinə görə, sözügedən məhsulların qiymətində baş verə biləcək artım inflyasiyaya cuzi səbəb ola bilər.

Tarif Şurasının açıqlamasında o da bildirilib ki, ölkəmizdə sonuncu dəfə dizel yancağının qiyməti 7 il əvvəl, Aİ-92 markalı benzinin qiymətinə isə 3 il əvvəl dəyişiklik edilib. Həmin müddətdən etibarən isə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Qiymət tənzimlənməsi nəticəsində büdcəyə əlavə daxilolmalar proqnozlaşdırılır ki, həmin vəsait də ölkədə həyata keçirilən sosialyönümlü tədbirlərə yönəldiləcək.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again