Avtoxəbər

Nəhənq Alman avtomobil istehsalçısı benzin mühərrikindən imtina edib

“Audi AG” şirkəti benzin mühərrikli avtomobillərin istehsalını tam dayandırmaq niyyətindədir.

AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin son bu cür modeli “Q8” tam ölçülü SUV-nin 2026-cı ildə təqdim olunacaq növbəti nəsil avtomobili olacaq. Beləcə mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vurduğunadək işlədiləcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.

Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.

Bundan əvvəl “Audi” və “FAW” şirkətləri, Çinin Çanqçun şəhərin administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again