Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Belə ki, 50-DZ-175 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 10-UT-117 dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.