Avtoreyd.Az Avtoxəbər Nəhənq Alman avtomobil istehsalçısı benzin mühərrikindən imtina edib

Nəhənq Alman avtomobil istehsalçısı benzin mühərrikindən imtina edib


“Audi AG” şirkəti benzin mühərrikli avtomobillərin istehsalını tam dayandırmaq niyyətindədir.

AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin son bu cür modeli “Q8” tam ölçülü SUV-nin 2026-cı ildə təqdim olunacaq növbəti nəsil avtomobili olacaq. Beləcə mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vurduğunadək işlədiləcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.

Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.

Bundan əvvəl “Audi” və “FAW” şirkətləri, Çinin Çanqçun şəhərin administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi.

AvtoReyd.Az

Related Post

Bu avtomobillər üçün texniki baxış müddəti başladı – Cəriməsi olan sürücülər diqqət – VİDEOBu avtomobillər üçün texniki baxış müddəti başladı – Cəriməsi olan sürücülər diqqət – VİDEO

Bu ayın əvvəlindən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Cəriməni ödəməyən sürücülərin avtomobilləri texniki baxışdan keçirilməyəcək. Lakin bəzi istisnalar da var. Cəriməni ödəməyən sürücülərin nəqliyyat vasitələri

Sürücülərin nəzərinə! Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaqSürücülərin nəzərinə! Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq

  “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, anoloji